Accessibility links

Türkiyə və İranın xarici işlər nazirləri görüş keçiriblər - 2004-01-10


Bu gün Türkiyənin xarici işlər naziri Abdulla Gül İranın xarici işlər naziri Kəmal Xərrazini qəbul etmişdir. Nazirlər qonşu İraqda kürdlərin özunüidarə məsələsini müzakirə etmişlər. Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında nazirlər kürd məsələsini müzakirə etdiklərini bildirsələr də, ətraflı məlumat verməmişlər. Türkiyə rəsmiləri İraqda kürdlərə verilə biləcək hər bir muxtariyyətın Türkiyə sərhədlərində yerləşən kürdlərin separatizm hərəkatının bərpasına yol açacağından qorxurlar. Cənab Xərrazi müxbirlərə İraqın ərazi bütövlüyünün İran üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. Nazirlər İranın Bəm şəhərindəki zəlzələdən sonra yardım da daxil edilməklə, bir sira məsələləri müzakirə etmişlər. Cənab Gül Türkiyə xalqı adından zəlzələ nəticəsində ölənlərə görə iranlı qonşularına başsağlığı və sağ qalanlara Türkiyə tərəfindən köməyin artırılacağına söz vermişdir.

XS
SM
MD
LG