Accessibility links

Kipr türkləri koalisiya hökuməti yaradır - 2004-01-11


Kipr türklərinin iki aparıcı siyasi partiyası koalisiya hökumətinin yaradılması haqda razılıq əldə edib. Bunun adanın bölünməsinə son qoymaq üçün yeni danışıqlara yol aça biləcəyi deyilir. BMT-nin Kiprə dair sülh planını dəstəkləyən Cumhuriyyət partiyasının lideri Mehmet Əli Talat planın əleyhinə çıxan Demokrat parityanın lideri Sərdar Denktaşla iki partiyalı koalisiya hökumətinin yaradılmasına razı olduğunu deyib. Royter agentliyinin verdiyi məlumata əsasən, cənab Talat kabinetin yaradılması planının bazar ertəsi Kipr türklərinin lideri Rauf Denktaşa təqdim ediləcəyini deyib. Onun bildirdiyinə görə, hökumət may ayının birinə qədər adanın problemini həll etməyə çalışacaq. BMT-nin planında federal administrasiyanın tərkibində iki bərabərhüquqlu dövlətin yaradılmasına çağırılır.

XS
SM
MD
LG