Accessibility links

Prezident Müşərrəfə qarşı sui-qəsd cəhdi ilə əlaqadar şübhəlilər saxlanıb - 2004-01-12


Pakistan rəsmiləri keçən ay prezident Pərviz Müşərrəfə qarşı baş tutmamış sui-qəsd cəhdilə əlaqədar bir polis nəfəri və 20-yə qədər şübhəli saxlayıblar. Həbs edilmiş polis nəfərinin prezidentin təhlükəsizlik xidmətinə mənsub olduğu xəbər verilir. Rəsmilər şübhəlilərin çoxunun Lahorda iki dini məktəbdə keçirilmiş reyd zamanı həbs edildiyini bildirirlər. Dekabrın 25-i general Müşərrəfin maşını və onu müşayət edən maşın karvanı küçədə iki intiharçının hücumuna məruz qalmışdı. Hücumçular idarə etdikləri iki avtomobili prezidentin maşın karvanına sürmüşdü. Bu, 11 gün ərzində Pakistan prezidentinə qarşı ikinci hücum idi. Sonuncu hücum zamanı Pərviz Müşərrəfə heç bir zərər dəyməmişdir. Lakin küçədə olan 15 nəfər və təhlükəsizlik xidmətinin personalı həlak olmuşdur.

XS
SM
MD
LG