Accessibility links

ABŞ Özbəkistanda insan hüquqları sahəsində vəziyyətə görə ölkəyə yardımı kəsə bilər - 2004-01-13


Birləşmiş Ştatlar sovet dövründən qalmış silahların ləğvi üçün Özbəkistana yardımı davam etdirəcəyini bildirib. Bununla belə, ABŞ terrorizmə qarşı mübarizədə regionda əsas müttəfiqi olan Özbəkistana açıq bildirib ki, əgər ölkədə insan hüquqları Buş administrasiyası Özbəkistanda insan hüquqlarıla bağlı vəziyyətə daha sərt münasibət göstərərək xəbərdarlıq edib ki, bu sahədə vəziyyət düzəlməsə, ABŞ-ın bu il Mərkəzi Asiyanın bu dövlətinə yardımı xeyli azala bilər. Dekabrın 30-da Ağ Ev prezident Buşun Özbəkistana yardımla bağlı tətbiq edilən məhdudiyyəti müvəqqəti olaraq aradan qaldırmaq qərarına gəldiyini bəyan etmişdi. Bu yardım Nunn-Luqar adlanan proqrama əsasən, yardım insan hüquqları sahəsində vəziyyət beynəxalq kriteriyalara uyğun olduğu təqdirdə verilə bilər. Prezident Buşun həmin düzəlişi müvəqqəti olaraq qüvvədən salması Özbəkistanın bu kretirayalara cavab vermədiyini halda, ona tərksilah məsələlərində yardımı davam etdirməyə imkan verir. Lakin Dövlət Departmantinin rəsmiləri bildirirlər ki, Konqresin 2004-cü büdcə ili üçün Amerikanın beynəlxalq yardımı haqda hazırladığı sənəddə prezidentin Özbəkistanla bağlı xüsusi qərarı nəzərə alınmayıb. Rəsmilərin dediyinə görə, ABŞ hökuməti aprel ayına qədər Özbəkistanda insan hüquqlarının vəziyyətinin düzəldiyini deyə bilsə də, Amerikanın yardımı dayandırıla bilər. Dövlət Departamentinin son brifinqində mətbuat katibi Adam Ereli qeyd etdi ki, Birləşmiş Ştatların rəsmiləri Özbəkistan hökumətinə vəziyyətin düzəlməsi lazım olan sahələrin nədən ibarət olduğunu göstərən siyahı təqdim etmişlər. “Biz hazırda Özbəkistanla bu tədbirləri görmək üçün atılacaq addımlar üzərində işləyirik. Buraya hökumətin ən yüksək səviyyələrdə işgləncəni qınayıb onun tətbiq edilməməsi üçün ilkin tədbilərin görülməsi, həbsxanalarda işgəncə ilə bağlı ölüm hallarının tam araşdırılması, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının maneəsiz fəaliyyət göstərməsinin təmin edilməsi, müxalifət patiyalarının qeydiyyat keçməsinə imkan yaradılması, dindar müsəlmanlar və dini azlıqların hüquqlarının təmin olunması daxildir. Biz açıq bildirmişik ki, Özbəkistanın bu sahələrdə real işlər gördüyünü görmək istəyirik.” Birləşmiş Ştatların Özbəkistana on milyonlarla iqtisadi və texniki yardımı təhklükə altına qoylur. Nunn-Luqar proqramı Özbəkistana yalnız bir milyondan bir qədər çox yardıma imkan verirdi. ABŞ hökumətinin nümayəndələri Özbəkistan rəsmilərinə dəfələrlə insan hüquqları sahəsində vəziyyətlə bağlı xəbərdarlıq edildiyini bildirirlər. Dövlət Departameninin insan hüquqları məsələləri üzər xüsusi nümayndəsi Lorne Kraner vəzifə başında olduğu müddətdə ən çox Özbəkistana səfər edib. Keçən ilin mart ayında dünya ölkələrində insan hüquqlarının vəziyyətilə bağlı illik hesabatında Dövlət Departamenti müəyyən sahələrdə vəziyyətin düzəldiyini, lakin ümumilkdə götürdükdə ölkədə insan hüquqlarının vəziyyətinin pis olduğunu qeyd etmişdi. Burada deyilmişdi ki, Özbəkistan konstitusiyasında qanunverici, icraedici və məhkəmə orqanlarının bir-birindən ayırıldığı göstərilsə də, prezident İslam Kərimov hökumətin bütün strukturlarına tam nəzarət edir. Dövlət Departamenti Özbəkistan hökumətini siyasi müxalifəti təqib etməkdə itiham etmişdir. ABŞ Dövlət Departmanti qeyd etmişdir ki, təhlükəsizlik orqanları vətəndaşları özbaşına həbs edir, vətəndaşlarla həbsdə pis rəftar olunur və bu, bir neçə ölüm halına gətirib çıxarmışdır. Birləşmiş Ştatların hesabatına əsasən, Özbəkistanda 65 min vətəndaş siyasi səbəblərlə bağlı həbs edilib. Buraya ekstremist islamçı qrupun üzvləri, siyasi müxalifətin nümayəndələri və insan hüquqları fəalları daxildir. Beynəlxalq Human Rigths VVatch təşkilatının mətbuat katibinin bildlirdiynə görə, Birləşmiş Ştatların qərarı onu göstərir ki, ilk dəfə olaraq Vaşinqtonun Özbəkistanla münasibətləri Özbəkistanda siyasi repressiyalara görə pozula bilər. Terrorizmə qarşı mübarizədə əsl partnyorlar öz xalqlarına dinc yolla verir.

XS
SM
MD
LG