Accessibility links

MSK Mixail Saakaşvilinin qələbə əldə etdiyini bildirib - 2004-01-15


Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində Mixail Saakaşvilinin qələbə çaldığını elan edib. Seçkilərin son nəticələrinə görə keçən ilin noyabr ayı sabiq prezident Eduard Şevardnadzenin hakimiyyətdən kənarlaşdırılmasına yol açan kütləvi etiraz aksiyalarına başçılıq edən Mixail Saakaşvili səslərin 96 faizindən çoxunu əldə edib. Mərkəzi Seçki Komissiyası qeydiyyatdan keçmiş 2.2 milyon secicinin 88 faizinin səsvermədə iştirak etdiyini bildirir. Yanvar ayının 25-ə təyin edilmiş inaqurasiya günü təxribatlardan ehtiyat edilərək, açıq hava tədbirlərinin məhdudlaşdırılması məsləhət görülür. Birləşmiş Ştatların dövlət katibi Kolin Pauelin inaqurasiya günü Tbilisidə olacağı gözlənilir. Daha sonra cənab Pauell Moskvaya yola düşüb, Gürcüstan-Rusiya münasibətləri, Rusiya qüvvələrinin Gürcüstandan çıxarılması xərclərinə Amerikanın yardımı məsələlərini müzakirə etməlidir.

XS
SM
MD
LG