Accessibility links

Rusiya prezidenti orduda yeni qalmaqalın araşdırılmasını tələb edir - 2004-01-16


Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə çağırılşmış bir qrup əsgərin xəsətliyi ilə bağlı yüksək səviyyədə təhqiqat aparılmasına çaığırıb. Hərbi xidmət yerinə çatıdırılmalı oln əsgərlərin yolda saatlarla şaxtalı havada qalması nəticəsində onlarla əsgər pnevmoniyaya tutulmuş, bir nəfər ölmüşdür. Prezident Putin hadisəni cinayət adlandırmış və onunla bağlı tam istintaq aparmağa çağırmışdır. Rusiya prezidenti əsgərləri 10 dərəcə şaxtada açıq havada saxladığına görə məsuliyyət daşıyan şəxslərin tapılıb mütləq cəzalandırılmalı olduğunu demişdir. Hərbi xidmətə yeni çağırılmış əsgərlər Moksvadan minlərlə kilometr uzaqda yerləşən Maqadana aparılırdı. Əsgələri daşıyan təyyarə Novosibirsk şəhərinin hava limanında yanacaq doldurmaq üçün dayandıqda əsgərlər təyyarədən çıxarılaraq təyyarə meydanında saatlarla gözləməli olmuşlar. Bunun nəticəsində bir əsgər pnevmoniyadan ölmüş, 50-dən çox əsgər isə ağır pnevmoniya diaqnozu ilə xəstəxanaya aparılmışdır. 25 əsgərin vəziyyəti hələ də ağır olaraq qalır. Bu, Rusiya ordusunda hərbi xidmətə çağırılmış əsgərlər arasında ilk xəstəlik halı deyil. Keçən ilin yanvar ayında əsgərlər hamamdan çıxdıqdan sonra nəqliyyatsız 0-dan aşağı temperaturda kazarmalara qayıtmağa məcbur edilərkən bir əsgər ölmüş, 250 əsgər isə xəstəxanaya düşmüşdü. Rusiyanın büdcəsi az ordusunda digər problemlər də mövcuddur. Əsgərlər arasında xuliqanlıq geniş yayılıb, lazımi geyim və avadanlıq çatışmır. Orduda qəddarcasına rəftar və ağır şəraitə görə Rusiyada minlərlə gənc iki illik hərbi xidmətdən azad olmaq üçün müxtəlif yollara əl atır. Bu vəziyyəti dəyişdirməyə ümid edən Rusiya prezidenti Vladimir Putin hərbi qüvvələrdə modernləşdirməyə səy göstərməyə çalışaraq bu yaxınlarda islahatlar planını açıqlamışdır. Prezident Putin Rusiya ordusunun müasir avadanlıqla təchiz edilməsi və hərbiçilərə təlim verilməsi üçün müəyyən vaxt qoymuşdur. Cənab Putin həmçinin Rusiya hərbi qüvvələrində məcburi hərbi xidmət sisteminin könüllülük və müqavilə prinsipi əsasında qurula biləcəyinə ümid edir.

XS
SM
MD
LG