Accessibility links

Boing-737-nin ikinci qara qutusu tapılıb - 2004-01-18


Fransızların başçılıq etdiyi axtarış dəstəsi yanvar ayının 3-ü Qırmızı dənizə düşmüş Misir təyyarəsinin ikinci qara qutusunu aşkar ediblər. Robot sualtı qayıq vasitəsi ilə pilot kabinasının səsyazma qurğusu bu gün tapılıb. Təhqiqatçılar Şərm Əl-Şeyx şəhərindən qalxan Boing-737 təyyarəsinin qəzaya uğramasının səbəbini müəyyən ediləcəklərinə ümid edirlər. Xatırladaq ki, hadisə əksəriyyəti fransız turistlər olmaqla 148 adamın həlak olması ilə nəticələnmişdi. Min metrə yaxın dərinlikdən aşkar edilən səsyazma qurğusunun yararsız vəziyyətdə olduğu bildirilir.

XS
SM
MD
LG