Prezident Buş bu ilki xalqa ənənəvi müraciətində ABŞ-ın İraqa müdaxiləsinə haqq qazandırdı. Keçən ilki çıxışını cənab Buş İraqa Amerika müdaxilisinin vacibliyinin əsaslandırılmasına həsr etmişdi. Bu il cənab Buş öz çıxışını Səddam Hüseynin hakmiyyətdən salınmasının qeyd olunmasına həsr etdi: "Bir vaxtlar İraqın qüdrətli hökmdarı olmuş şəxs quyunun dibindən tapıldı, indi isə o həbsxana kamerasındadır." Cənab Buş bəyan etdi ki, İraqda Amerika əsgərlərinə qarşı hücumları davam etdirən quldur və qatillər Birləşmiş Ştatları qorxuda bilməzlər. Onun sözlərinə görə bu qatillər heç nəyə nail ola bilməyəcək və İraq xalqı sülh şəraitində yaşayacaq. O dedi: "Biz Səddam Hüseynin şeytan rejimi ilə davrandığımız kimi, quldurlarla da eyni davranırıq." Cənab Buş Səddam hökümətinin devirilməsindən sonra İraqlılar öz təhlükəsizlikləri və yeni demokratiyanın gələcəyi ilə bağlı üzərlərinə daha çox məsuliyyət götürürdüyünü qeyd etdi. Prezidentin Amerika konqresinin birgə sesiyasında çıxışını dinləmək üçün Konqresə dəvət olunmuş qonaqlardan biri ABŞ-ın təyin etdiyi İraqın İdarəetmə Şurasının hazırkı başçısı Adnan Paçaçı idi. Cənab Buş onu salamlayaraq, azad və sülhsevər dövlət quruculuğunda amerikalıların İraq xalqı ilə birlikdə olduğunu bəyan etdi. Cənab Buş Amerikanın liderliyi və qətiyyəti hesabına dünyanın yaxşılığıa doğru dəyişdiyini də bildirdi. Prezident Əfqanıstanda Taliban rejiminin yıxılmasından sonra ölkədə seçkilər və qadınların tam hüquqlu iştirakına təminat verən konstitusiyanın mövcüd olduğunu qeyd etdi. Prezident Buş Liviyanın kütləvı qırğın silahlarının məhv edilməsinə razılıq verdiyini bildirdi. Onun sözlərinə görə Müammar Qəddafi bu cür silahlarsız daha rahat, daha təhlükəsiz olacağını düzgün anlayıb. "Böyük Britaniya və Amerikanın iştirakı ilə Liviya ilə aparılan 9 aylıq intensiv danışıqlar uğurlu, İraqla aparılan 12 illik diplomatiya isə heç bir nəticə vermədi. Bunun bir səbəbi isə aydındır. Diplomatiyanın səmərəli olması üçün sözlərin düzgün olmalıdır. İndi Amerikanın sözü heç kimdə şübhə doğura bilməz." Prezident qeyd etdi ki, Amerika Əfqanıstan və İraqdakı əməliyyatları üçün beynəlxalq dəstək axtarmış və böyük dəstək əldə etmişdir. Lakin onun qənaətinə görə koalisiyaya başçılıqla bir neçə nəfərin etirazı qarşısından geri çəkilmək arasında fərq var. O dedi: "Ölkəmizin təhlükəsizliyini müdafiə etmək üçün Amerika heç bir zaman yazılı icazə üçün müraciət etməyəcək. Biz birlikdə ağır sınaqlarla üzləşmişik və indi biz seçim etməliyik. Biz irəliyə əmin və qətiyyətlə gedə bilərik. Yaxud da biz geriyə - terrorçuların bizə qarşı yeni planlarının olmadığı və qanunsuz rejimlərin təhlükə kəsb etmədiyi kimi təhlükəli illyuziyaya qayıtmalıyıq." Cənab Buş çıxışının əsas hissəsini Ameikada həyat səviyyəsinin artırılması üçün atılacaq addımların müzakirəsinə həsr etdi. Prezident Konqresi onun rekord sayılacaq vergilərin kəsilməsi təklifini daimi qanun şəklində qəbul etməyə çağırdı.