Accessibility links

Iran rəsmiləri istefa verməyə hazırlaşır - 2004-01-21


İranın bir neçə nazir və vitse-prezidentləri istefaları ilə bağlı ərizələrini vermişlər. Bu addım Nəzarət Şurasının qarşıdan gələn parlament seçkilərində namizədliklərini qadağan etdiyi nümayəndələrin yalnız kiçik bir hissəsinin nəzərdən keçirildiyini elan etməsindən bir neçə gün sonraya təsadüf edir.İranın vitse-prezidenti Məhəmməd Əli Əbtahinin bildirdiyinə görə hökumətin bir neçə yüksək səlahiyyətli nümayəndəsi istefa verməyə hazırlaşır. Cənab Əbtahi onların vitse-prezidentlər və nazirlərdən ibarət oldulunu deyib. O əlavə edib ki, nümayəndələr rəsmən vəzəifələrini təkr etməzdən əvvəl Nəzarət Şurasının son qərarını gözləyəcəklər. Vitse-prezident Əbtahi deyib ki, İranın ali ruhani rəhbəri Ayatolla Əli Xameneyinin tövsiyəsinə əsasən Nəzarət Şurası ölkədə mövcud olan siyasi böhranı həll edə bilər. Xatırladaq ki, keçən həftə Ayatolla 12 ruhani və vəkillərdən ibarət Nəzarət Şurasını əksəriyyəti islahatçı olan minlərlə namizədin fevral seçkilərində iştirakını qadağan edən qərarını yenidən nəzərdən keçirməyə çağırmışdı. Dünən isə Nəzarət Şurası 3600 nəfərdən yalnız 200-nün nəzərdən keçiriləcəyini elan etmişdi. Qeyd edək ki, istefa ərizələrini verən nümayəndələrin adları açılanmayıb. Vitse-prezident Əbtahi istefa verənlərə prezident Məhəmməd Xatəminin də qoşula biləcəyinə dair işarələr vermişdir.

XS
SM
MD
LG