Özbəkistanda keçən həftə Yak-40 təyyarəsinin qəzaya uğramasının terrorizmlə əlaqəsi olmadığı bildirilir. Özbəkistanın hökumət nümayəndəsi Malik Kadirovun bildirdiyinə görə təhqiqatlardan qəzaya nə hava şəaritinin, nə hava nəqliyyatı nəzarətinin səbəb olduğu müəyyən edilib. Hadisəyə pilotun yol verdiyi səhvin səbəb olduğu guman edilir.