Accessibility links

M.Saakaşvili sabah and içib, prezidentliyə başlayır  - 2004-01-24


Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Saakaşvili ölkədə birlik yaradıb, korrupsiya və yoxsulluqla müabarizə edəcəyinə vəd verib. Cənab Saakaşvili bu vədi bu gün inaqurasiya ərəfəsi Tbilisinin 200 km-də yerləşən pravoslav kilsəsində toplaşan minlərlə insan qarşısında verib. Kilsənin lideri tərərfindən xeyir-dua verilən Mixail Saakaşvili 900 il əvvəl Gürcüstanın birliyinə nail olan Kral Davidin məzarını ziyarət edib. Sabah 36 yaşlı prezidentin inaqurasiya mərasimində Birləşmiş Ştatların dövlət katibi Kolin Pauell də iştirak etməlidir.

XS
SM
MD
LG