Accessibility links

ABŞ mətbuatı İran Haqqında - 2004-01-24


Vaşington Times qəzetində bu gün dərc edilən bir məqalədə deyilir ki, Birləşmiş Ştatlar İranı Əl Qaidə yaraqlılarına sığınacaq verməkdə ittiham edirdi indi isə İran bildirib ki, Usama Bin Ladenin terror şəbəkəsinin həbsdə olan onlarla mənsubu İranda mühakimə ediləcək. Buş administrasiyası isə bu planın əleyhinə çıxış edərək Əl Qaidə üzvlərinin istintaq və cəza üçün öz vətənlərinə qaytarılmalarını tələb edib. İranın xarici işlər naziri İsveçrədə bu barədə bəyanat verib. İran həbsə olunan Əl Qaidə üzvlərinin şəxsiyyətlərini açıqlamır. Qərbin kəşfiyyat mənbələri onların siyahısına Əl Qaidənin təhlükəsizlik üzrə başcısı və Üsama Bin Ladenin oğullarından birinin də daxil olduğuna inanırlar. Ağ Evin nümayəndəsi Scott McClellan bildirib ki, bir neçə ölkə İranda həbs edilən, Əl Qaidə üzvü olduğundan şübhələnilən vətəndaşlarının geri qaytarılmasını İrandan tələb edib. O deyib ki, İranlılar isə bu tələblərə cavab verməmişlər. Vaşington Times yazır ki, Qərbin kəşfiyyat mənbələri inanırlar ki, İrandakı ən mühüm Əl Qaidə üzvü təhlükəsizlik başçısı Misir vətəndaşı Saif Əl Adildir. Səudiyyə mənbələri isə Husama Bin Ladenin oğlu Saad Bin Laden, Əl Qaidənin sözçüsü, Küvety vətəndaşı Süleyman Əbu Ghaith və İordaniyalı Əbu Musab Zərqəvinin də İranda həbs edildiyini bildirmişlər. Zərqəvi 2002-ci ildə Əmmanda bir ABŞ diplomatının öldürülməsini planlaşdırmaqda ittiham edilir.

Buş Administrasiyası uzun müddəddən bəri inanırdı ki, ABŞ-ın 2001-ci ildə Əfqanistanı işğalından sonra Əfqanıstandan qaçan Əl Qaidə üzvlərinə İran sığınacaq təmin edir. ABŞ keçən ilin May ayında Səudiyyə Ərəbistanında həyata keçirilən intiharçı hücumu İrandakı Əl Qaidə üzvlərinin planlaşdırdığını bildirib. Tehran hökunməti isə Əl Qaidənin İran ərazisində fəaliyyət göstərdiyini danır. İran, sünnilərin nəzrətindəki Əl Qaidənin yüzlərlə üzvüvünü həbs etdiyini və ölkədən çıxartdığını irəli sürür.

11 Senytyabr hücumlarını planlaşdırdığından şübhə edilən Xalid Şeyx Məhəmmədin Pakistanda tutulmasından sonra Əl Qaidənin əməliyyatları ilə bağlı məsuliyyəti İranda həbs edildiyinə inanılan Saif Əl Adilin üzərinə götürdüyünə inanılır. Vaşington Əbu Musab Zarqavinin isə keçmişdə Əl Qaidə ilə Səddam Hüseyn arasında rabitəni təmin etdiyini irəli sürür.

Vaşington Post qəzeti də iranın xarici işlər nazirindən iktibas gətirərək, nəzarət altındakı Əl Qaidə üzvlərinin xarici dünya ilə əlaqələrinin kəsildiyini yazır. İranın yüksək vəzifəli bir diplomatı də bildirib ki, həbsdəki Əl Qaidə üzvləri İran qanunlarını pozduqlarına görə mühakimə ediləcəklər. Adının açıqlanmasını istəməyən həmin diplomat onların əsas olaraq, İrana qeyri qanuni yollardan daxil olmaları, keçmişdə İranın təhlükəsizlik qüvvələri ilə atışmalarda iştirak etmələrinə görə mühakimə olunacaqlarını qeyd edib. İranlı diplomat həbs edilən Əl Qaidə üzvlərindən silah, elektronik rabitə avadanlıqları və saxda sənədlərin, pasportların, şəxsiyyət vərəgələrinin ələ keçirildiyini bildirib.

Keçən il Prezident Məhəmməd Xatəminin rəhbəri olduğu qrupun Əl Qaidənin qabaqcıl üzvlərinin İranda olmadıqlarını bildirməsinə baxmayaraq, Qərbin kəşfiyyat expertləri deyirlər ki, Xatəmi İranın Təhlükəsizliq qüvvələrinin adından danışa bilməz ona görə ki, həmin qüvvələr İranın Dini Rəhbəri Ayətullah Əli Xəmeneiyə tabedirlər. Bu qüvvələrin isə Əl Qaidə üzvlərinə İranda yardım etdikəri bildirilir. Ancaq Səudiyyə Ərəbistanının payıtaxtı Riyadda keçən May ayında həyata keçirilən intiharçı hücumdan sonra İranın təhlükəsizlik orqanları ilə Əl Qaidə arasındakı münasibətlər dəyişib. Həmin hücumun planlarının İranda hazırlanması barədəki məlumatların öyrənilməsindən sonra İranın hüquq mühafizə orqanları Əl Qaidə fəallarını həbs etməyə başlamışlar.

XS
SM
MD
LG