Accessibility links

R.T.Ərdoğan BMT-nin planını dəstəkləyir - 2004-01-25


Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan BMT-nin Kipr adasının birləşməsi planını dəstəklədiyini bildirir. Dünən baş nazir bildirmişdi ki, Türkiyə yeni bir səhifə açılması və may ayının birinədək məsələnin həll edilməsini istəyir. Xatırladaq ki, may ayının 1-i Kiprin Avropa Birliyinə üzv olacağı gündür. Lakin ada bölündüyünə görə üvzlükdən yalnız Kiprin yunan icması bəhrələnə bilər. Cənab Ərdağonın bu sözləri onun Davos sammitində BMT-nin baş katibi Kofi Ananla görüşündən bir gün sonraya təsadüf edir. Kiprin xarici işlər naziri Corc İakovou dövlət radiosu ilə Türkiyənin bu arzusunu adanın taktiki bir manevr adlandırıb. O deyib ki, Türkiyə beləliklə 30 illik parçalanmanın həll edilməməsində günahlandırılmaq istəmir.

XS
SM
MD
LG