Accessibility links

ABŞ-ın dövlət katibi Türkiyəyə bildirib ki, ABŞ İraqın bütöv qalması üçün çalışacaq. - 2004-01-29


ABŞ-ın dövlət katibi prezident Buşun Türkiyəyə verdiyi təminatları bir daha təkrar edərək bildirirb ki, ABŞ İraqın bütöv qalması üçün işləməkdə davam edəcək.

Cənab Pauel ABŞ-da səfərdə olan Türkiyə xarici işlər naziri Abdulla Gülə bildirirb ki, BŞ-ın siyasəti İraqın bütöv, təbbi ehtiyatları mərkəzi hökümətin nəzarətində olacaq dövlətin olmasındadır. Türkiyə kürdlərin Şimali İraqda muxtariyyət, və regionun neft ehtiyatlarına nəzarətə dair çağırışları ilə bağlı narahatçılığını bildirirb. Cənab Pauel bildirirb ki, ABŞ rəsmiləri kürd və digər liderlərlə iraqın gələcək hökümətinin strukturları ilə bağlı ciddi müzakirələr aparırlar. Cənab Gül Dövlət departamentindəki bu günkü görüşundən sonra bəyan edib ki, iki ölkə arasında İraqın ərazi bütövlüyü ilə bağlı tam anlaşma var.

XS
SM
MD
LG