Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annan bildirib ki, təşkilatın eskpertləri seçkilərin planlaşdırılandan əvvəl keçirilməsi imkanlarını yoxlamaq üçün bir neçə gün ərzində İraqa göndəriləcək. ABŞ rəhbərliyindəki koalisiya təhlükəsizlik barədə qarantiya verdikdən sonra BMT baş katibi expertləri İraqa göndərmə qərarına gəlib. BMT-nin baş katibi Kofi Annan Brüsseldən Cenevreyə yola düşməmişdən qabaq müxbirlərə deyib ki, ABŞ rəhbərliyindəki koalisiya BMT- ekspertləri İraqa gettikləri vaxt onların təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcək. Cənab Annan bu həftənin əvvəllərində dedi ki, koalisiya təhlükəsizlik barədə qərantiya verdiyi təqdirdə İraqa seçki mütəxəssisləri göndərə bilər. BMT-nin ekspertləri koalisiya hakimiyyəti İraqdə təsis olunacaq hökumətə təhvil verməmişdən qabaq seçkilər keçirilməsi imkanlarını araşdıracaq. Nüfuzlu Şiə lider Ayətullah Əli əl Hüseini isə İraq hökumətinin ümum seçkilər nəticəsində müəyyən edilməsi məsələsi üzərində təkidlə dayanır. İraq əhalisinin 60 faizini Şiələr təşkil edir. İraqdakı ABŞ rəsmiləri isə deyirlər ki, belə qısa müddət ərzində seçkilərin keçirilməsi praktiki olaraq mümkün dəyil. Onlar başqa səbəblərlə bir yerdə seçicilərin etibarlı bir siyahısının olmamasına işarə edirlər. ABŞ rəsmiləri müvəqqəti hökumətin yerli şuralar tərəfindən seçilməsini təklif edirlər. Koalisiya BMT-nin expert rəyinin münagişəni həll edəcəyini gözləyir. İraqın Şiə liderləri isə bu gün bildirdilər ki, onlar BMT-nin ekpertləri ilə əməkdaşlıqda təkliflərə açıq olacaqlar.