Accessibility links

Əfqanıstanda ABŞ qüvvələrinin reydi zamanı 10 mülki adamın öldürüldüyü təsdiq edilib - 2004-01-31


Əfqanıstan prezidenti Həmid Karzay iki həftə əvvəl Birləşmiş Ştatların hava reydləri zamanı 10 mülki vətəndaşın həlak olduğunu bildirib. Kabildə müxbirlərlə görüşündə prezident daxili işlər nazirliyinin istintaqına əsasən Uruzqar vilayətində qadın və uşaqlar daxil olmaqla, 10 nəfərin öldürüldüyünə dair nəticə əldə edildiyini deyib. Prezident mülki vətəndaşların ölümünü bədbəxtçilik kimi qiymətləndirib. Birləşmiş Ştatlar rəsmiləri həlak olmuş mülki vətəndaşların sayını bilmək istəyirlər. Bomba hücumundan sonra Birləşmiş Ştatlar rəsmiləri vilayətin rəsmiləri tərəfindən verilən 11 nəfərin ölüm xəbərini təkzib etmişdi. Onlar Taliban liderlərinin hədəf alındığı reyd zamanı 5 yaraqlının qətlə yetirildiyini bildirmişdilər.

XS
SM
MD
LG