Accessibility links

İsrail əsgərləri fələstinli yaraqlını qətlə yetirib - 2004-02-01


İsrail əsgərləri İordan çayının qərb sahilində yerləşən İerixon şəhərində apardıqları reyd zamanı bir Fələstin yaraqlısını qətlə yetirmişlər. İsrail hərbi qüvvələrinin bildirdiyinə görə İsrail əsgərləri terrorist hücumlarında şübhələnilən fələstinliləri həbs etmək üçün İerixon şəhərində bu gün reyd keçirərkən fələstin yaraqlıları tərəfindən atəşə məruz qalmışlar. İsrail hərbiçiləri də cavab atəşi açmışlar. Fələstinlilər qətlə yetirilən şəxsin hərbi Əl Əksa şəhidlər təşkilatının üzvü olduğunu deyirlər. Əl Əksa şəhidlər təşkilatı qrupu cümə axşamı Qüdsdə 11 israillinin ölümünə səbəb olan terrorist hücumunun məsuliyyətini öz üzərinə götürüb.

XS
SM
MD
LG