İraqın Ərbil şəhərində iki kürd siyasi partiyasının binasına edilən intiharçı hücumları nəticəsində azı 56 nəfər həlak olmuş, 200-dən çox adam müxtəlif bədən xəsarəti almışdır. Şahidlər deyirlər ki, intiharçı Kürdüstan Demokrat Partiyasının yığıncaq keçirdiyi zalın yaxınlığında bomba partlatmışdır. Kürdlər Qurban bayramını qeyd etmək üçün bu zala toplaşmışdılar. Kürdüstan Vətənpərvər Birliyi Partiyasının idarəsi də intihar hücuma məruz qalıb. Rəsmilər Qurban bayramı ərəfəsində və bayramda iğtişaşların baş verəcəyi haqqında qabaqcadan xəbərdarlıqlar etmişdilər. Frans Press agentliyi Kürdüstan Vətənpərvər Partiyasının rəsmilərinə istinadən bildirib ki, onlar hücumların məsuliyyətini islamçı ekstremist terrorçuların üzərinə atıblar. Dünən də içində partlayıçı qurğu olan avtomobilin Mosul polis məntəqəsinin yaxınlığında partladılması nəticəsində 9 nəfər həlak olmuş, 45 nəfər yaralanmışdır. Bu hücumlar Birləşmiş Ştatlar müdafiə nazirinin nüavini Poll Volfovitsin İraqa səfəri vaxtına təsadüf edib.