Accessibility links

Pakistan prezidenti ölkənin nüvə bombasının banisini əvf etdi - 2004-02-05


Pakistan prezidenti Pərviz Müşərrəf İran, Liviya və Şimali Koreyaya nüvə texnoloğiyası sahəsində informasiyanın ötürülməsini etiraf edən ölkənin nüvə proqramının banisi Əbdül Qadir Xanı əvf edib. Bu gün İslamabadda mətbuat konfransında danışan Pərviz Müşərrəf demişdir ki, Əbdül Qadir Xanın yazılı şəkildə xahişnaməsi və prezidentin yazılı əvfi mövcuddur. Pakistan prezidenti cənab Xanın sorğu-sual keçirmək üçün heç bir ölkəyə verilməyəcəyini bəyan etmişdir.

XS
SM
MD
LG