Vaşinqtondakı mətbuat mərkəzində müxbirlər qarşısında çıxış edən Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Elizamet Cons ABŞ-dövlət katibi Kolin Pauelin bu yaxınlarda Gürcüstana və Rusiya səfərlərini səmərələ adlandırdı. Tbilisidə yeni prezident Saakaşvilinin innaqurasiyasına qatılmaqla yanaşı cənab Pauel Rusiya hərbi hissələrinin Gürcüstandan çıxarılması məsələsinin müzakirəsinədə geniş yer ayırmışdı. Tbilisidən Moskvaya səfər edən cənab Pauel Rusiya xarici işlər naziri İqor İvanovla apardığı danışıqlarda, digər məsələlərlə yanaşı DQ münaqişəsinin nizamlanması prosesi ilə bağlı məsələləri müzakirə etmişdir.
Cons: Moskvadakı müzakirələr uzun olmamışdır. Biz Minsk qrupunun həmsədrlərinin danışıqları canlandırmaq istiqamətində yeni cəhdləri barədə danışdıq. Biz tərəflərə bəzi təkliflər vermişik, lakin mən bu barədə ətraflı danşmaq istəmirəm. Xanım Cons ATƏT-in həmsədrləri ABŞ, Fransa və Rusiyanın gələcəkdə də fəal işa aparacaqlarını bildirdi.
Xanım Cons Azərbaycanda prezident seçkilərindən sonra yaranmış vəziyyətlə bağlı suallara cavab verdi.Buş hökümətinin Gürcüstanda demokratik qüvvələrə dəstək verdiyi halda, Azərbaycanda sülalə rejiminin yaradılmasını müdafiə edib kimi Azərbaycan və qərb mətbuatında səslənən tənqidlərə cavab verən Dövlə katibinin köməkçisi bu cür fikirləri yanlış adlandırdı.
CONS- İstər Azərbaycanda istərsə də Gürcüstanda ABŞ proqramları və siyasətləri azad və ədalətli seçkilərin müdafiəsini dəstəkləyir.Gürcüstan və Azərbaycanda Qeyri dövlət təşkilatlarına və oxşar təşkilatlara dəstəkdə hər hansı bir fəqrq olmayıb. Nəticələr fərqlidir. Biuzim üçünən böyük məsələ prosesin şəffaflığıdır. Və biz hər hansı bir namizədi dəstəkləmirik. Bu Birləşmiş Ştatların siyasətinə tamamilə ziddir.
Xanım Cons İnsan haqları təşkilatı Human Rayts Votçun bu yaxınlarda yaydığı hesabata, Azərbaycanda siyasi məhbusların işkəncələrə məruz qalmaları barədə səslənən faktlara da münasibət bildirdi.
CONS- Biz bu barədə açıqlamalar vermişik. Çox mühümdür ki, məhkəmələr şəffaf olsun.
Fevralın 5-də isə ABŞ Helsinki komissiyasının sədri konqresmen Kristofer Smit Azərbaycan rəhbərliyinin Bakıdakı Cümə məscidini bağlamaq niyyətindən narazılığını bildirib. Cənab Smitin bəyanatında bildirilir ki, Azərbaycan höküməti məscidi güc və ya hüquqi yolla almaq niyyətindədir. Cənab Smitv Cümə məscidinin bağlanması və ona nəzarətin Qafqaz Müsəlmanları İdarəsinə verilməsilə bağlı Baş Prokurorluğun hərəkətlərindən çox narahat olduğunu bildirib. Konqresmen İlhamə Əliyevi və hökuməti Cümə məscidinin müstəqil və sərbəst fəaliyyət göstərməsinə imkan verməyə çağırıb. Bəyanatda Məscidin imamı İlqar İbrahimoğlunun 15-16 oktyabr 2003-cü il hadisələrinə görə həbs olunmasına da toxunulur. Sənəddə qeyd edilir ki, İbrahimoğlunun həbsi və məscidi bağlamaq cəhdləri Azərbaycan hökümətinin din azadlığının təminatına dair ATƏT qarşısında götürülmüş öhdəliyini ciddi pozulmasıdır. Cənab Smit hakimiyyətini İbrahimoğlunu heç bir şərt qoymadan azad etməyə, onun dini fəaliyyətini bərpa etməsinə şərait yaratmağa çağırıb.
Qeyd edək ki, ABŞ Helsinki komissiyası Helsinki sazişinin müddəalarının, qanunların yerinə yetirilməsinə nəzarət edən müstəqil qurumdur. Komissiya 1976-cı ildə yaradılıb, doqquz senator və doqqus konqresmendən ibarətdir. Komisiyaya Dövlət Departamenti, Müdafiə və Ticarət nazirlikləri nümayəndələri də daxildilər.