İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi raket hücumu nəticəsində İslam Cihadı təşkilatının liderlərindən biri aldığı yaralardan həlak olub. Bu barədə Fələstinli həkimlər məlumat veriblər. Şahidlərin dediyinə görə, İsrailin hərbi vertolyotundan atılan atəş nəticəsində Əziz əl-Şaminin avtomaşını məhv edilib. Bu zaman hadisə yerində olan 12 yaşlı oğlan da həlak olub. İsrail hərbiçiləri bildirirlər ki, Əl-Şami İsrail əsgərlərinin qətlinə görə məsuliyyət daşıyırdı və o, yeni terror hücularının hazırlanmasında fəal iştirak edirdi. Fələstinin baş naziri Əhməd Qureya zorrakılığa yeni təkan verə biləcək raket hücumunu pisləmişdir.