Accessibility links

BMT İraqda seçkilər məsələsini müzakirə edir - 2004-02-08


BMT-nin siyasi ekspertləri şiə liderlərin tələbi ilə erkən seçkilərdə ABŞ-ın təyinatı ilə yaradılmış İraq idarəetmə şurasının imkanlarını müzakirə ediblər. Bağdad danışıqlarından sonra BMT nümayəndələrinin başçısı Laxdar Brahimi deyib ki, Birləşmiş Millətlər Təşkilatı İraq xalqının müstəqilliyi və suverenliyini əldə etməsi üçün əlindən gələn hər bir yadımı göstərməyə hazırdır. BMT-nin nümayəndə heyəti iyun ayında koalisiya qüvvələrinin hakimiyyəti təhvil verməsindən əvvəl seçkilər məsələsini müzakirə etmək üçün dünən İraqa getmişdir. Eyni zamanda Yaponiyanın hərbi qüvvələri İraqa yerləşdirilib. Britaniya şahzadəsi Çarlz isə gözlənilmədən Britaniyanın İraqın cənubundakı qüvvələrinin görüşünə gedib.

XS
SM
MD
LG