Accessibility links

Senator Kerry prezidentliyə doğru daha bir addım atdı - 2004-02-11


Massaçussets senatoru Con Kerri demokrat partiyasından prezidentliyə namizədliyini möhkəmləndirilməsinə doğru daha bir addım ataraq, dünən Virciniya və Tennisi ştatlarında qələbə əldə etdi. Amerikanın səsinin müxbiri Cim Melone xəbər verir ki, beləliklə senator Kerri prezident Buşla noyabr ayı seçkilərində yarışacaq güclü bir namizədə çevrilib. Senator Kerrinin Virciniya və Tennisi şatatlarındakı rahat qələbəsi onun Nyu England liberal keçmişinin cənub ştatlarında təsirə malik olmayacaq kimi şübhələri aradan qaldırdı. Virciniyada onu dəstəkləyənlər qarşısında senator bunları dedi: “Bir daha mesaj ucadan və aydın şəkildə özünü göstərdi. Qərb və şərq, şimal və indi cənubda amerikalılar dəyişikliyə səs verir. Mən buna görə olduqca minnətdaram.” Şimali Koralina senatoru Con Edvards Virciniya ştatında təqaüddəki general Vesli Klark və Vermont ştatının qubernatoru Hovard Dindən irəlidə gedərək, ikinci yeri tutdu. İctimai rəy sorğuları göstərir ki, Virciniya və Tenissi seçiciləri işsizlik, iqtisadiyyat, səhiyyə və İraq müharibəsi kimi məsələlərdən narahtdırlar. Demokratların dediyinə görə onların senator Kerrini dəstəkləməsinə əsas verən faktor noyabr seçkilərində prezident Buşla yarışacaq güclü bir namizədə inamlarıdır. Senator Kerrinin cənubda qələbəsi prezident seçkilərində yarışan digər nümayəndələrin namizədliklərini geri götürməsi təzyiqlərini artıra bilər. Belə ki, təqaüddəki general Vesli Klark artıq seçkiqabağı yarışlardan geri çəkiləcəyini elan edib. Lakin demokarat partiyasından namizədlər mart ayının 2-i Super Çərşənbə Axşamı adlanan ilkin seçkilərdə iştirak edəcəklərinə söz veriblər. Vermont şatatının keçmiş qubernatoru Hovard Din senator Kerrinin irəlidə getməsinə baxmayaraq, gələn həftə Vinkonsində keçiriləcək ilkin seçkilərdə iştirak edəcəyini deyib. Din dedi: “Biz demokrat kimi həmişə təşkilatlanma, ləyaqətli orta sinif qadın və kişilərinin hüquqlarının müdafiəsində duracağıq. Biz demokarat kimi 1948-ci ildə sabiq prezident Harri Trumanin etdiyi kimi hər bir amerikalını sağlamlıq sığortasına malik olaması tələbindən heç vaxt çəkinməyəcəyik.” Keçmiş qubernator Din isə Voskonsindəki uğurundan asılı olmayaraq seçkiqabağı kampaniyasını davam etdirəcəyini deyir. Lakin o yarışlarda qalmaq üçün Viskonsində qələbə əldə etməsinin vacibliyini qeyd edirdi.

XS
SM
MD
LG