Accessibility links

ABŞ İranın nüvə silahı istehsalından əl çəkəcəyinə inanmır - 2004-02-14


Birləşmiş Ştatlar dünən İranı gizli nüvə fəaliyyətləri və nüvə istehsal etmək niyyətlərinə görə ittiham etdi. Lakin Dövlət Departamenti bildirib ki, Buş administrasiyası hələlik İrana qarşı iqtisadi sanksiyalar tələbi ilə BMT-nin Təhlükəsizlik Şurasına müraciət etməyə hazırlaşmır. Birləşmiş Ştatların bu son bəyənatına BMT müfəttişləri tərəfindən İranın əvvəllər açıqlamadığı sənədlərin aşkar edilməsi əsas verib. İranı uran sentrifiqasının təkmilləşdirilməsinə dair sənədlərlə Pakistanın təmin etdiyi təxmin edilir. Dövlət Departamentinin nümayəndəsi Riçard Bauçer mətbuat konfransında demişdir ki, Təhlükəsizlik Şurasına və Avropa rəsmiləri qarşısındakı vədlərinə baxmayaraq Beynəlxalq Atom Energi Agentliyinin aşkar etdiyi sənədlər İranın hələ də nüvə silahları istehsal etmək iddiasına sübutdur. Vənab Bauçer demişdir: “Biz İranın nüvə silahının istehsalından əl çəkəcəyi ilə bağlı strateji qərar qəbul etdiyinə inanmırıq. Bundan əlavə, biz İranın kecən ilin oktyabr ayında Beynəlxalq Atom Enerji Agentliyi qarşısında şəffaflığına da inanmırıq. Baxmayaraq ki, BAEA direktorlar heyəti İrandan nüvə silahının istehsalında keçmiş və gələcək layihələr barədə tam və düzgün məlumat verməsini tələb etmişdi.” Cənab Bauçer deyib ki, Buş administrasiyası son tapıntılarla bağlı Beynəlxal Atom Enerji Agentliyinin direktoru Məhəmməd Əl Baradeyinin hesabatını səbirsizliklə gözləyir. Dövlər Departamentinin sözçüsü ABŞ-ın da üzv olduğu agentliyin 35 üzvünün mart ayının 8-də Vyanada 3 günlük yığıncaq keçirib, İranın nüvə öhdəliklərinə əməl edib-etməməsi məsələsini müzakirə edəcək. Direktorlar heyəti İrana qarşı iqtisadi sanksyalar tələbi ilə BMT-nin təhlükəsizlik şurasına müraciət edə bilər. O əlavə etdi ki, direktorların yığıncağına hələ bir neçə həfdə qalıb, lakin İran öhdəlikləri bu gün yerinə yetirməli.

XS
SM
MD
LG