Accessibility links

Amerika kütləvi qırğın silahlarının yayılmasına mane olacaq - 2004-02-14


ABŞ prezidenti Corc Buş kütləvi qırğın silahlarının terrorçuların əlinə keçməsinin qarşısını almaq məqsədi ilə Amerikanın bu kimi silahların yayılmasına mane olacağını deyib. Həftəlik radio müraciəti zamanı prezident deyib ki, Amerika nüvə, kimyəvi və bioloji silahların fəlakətli hücumu ilə üzləşə bilər. O, Amerika Birləşmiş Ştatlarının ölkənin müdafiəsi məqsədi ilə raketlərdən müdafiə sisitemini inkişaf etdirdiyini bildirib. Prezident Buş deyib ki, kəşfiyyat gələcək təhlükələrin üzə çıxarılması üçün yeni texnikadan istifadə edir. Amerika prezidenti digər bir təhlükənin silah və sürsatların qara bazarlarının olduğunu vurğulayıb.

XS
SM
MD
LG