Accessibility links

Əl-Bəradei Liviyaya gedir - 2004-02-16


Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Məhəmməd Əl- Baradei nüvə silahları proqramının araşdırılması məqsədi ilə gələn həftə Liviyaya gedəcək. Agentliynin nümayəndəsinin bu gün Vyanada bildirdiyinə görə cənab Bəradeinin Liviya səfəri bazar ertəsindən etibarən başlayır. Liviya dekabr ayında kütləvi qırğın silahları ilə əlaqəsi olan bütün proqramları dayandıracağını elan etmişdi. “Vaşinqton Post” qəzetinin yazdığına görə Liviyanın nüvə silahları proqramları Çinin proqramlarına əsaslanır. Qəzet Birləşmiş Ştatlar və Avropanın rəsmi nümayəndələri və ekspertlərinə istinad edərək yazır ki, Liviya Çin dizaynlarını Pakistanın başçılıq etdiyi şəbəkələr vasitəsi ilə əldə edib.

XS
SM
MD
LG