Gürcüstan rəsmiləri sabiq prezident Eduard Şevardnadzenin kürəkənini korrupsiya ittihamları ilə həbs ediblər. Rəsmilər Gürcüstanın ən böyük mobil telefon şirkətinin rəhbəri olmuş Giya Coxtaberidzenin Fransaya uçan təyyarəyə minməyə hazırlaşdığı vaxt həsb edildiyini bildiriblər. Bu həftə ərzində Coxtaberidze iki dəfə ölkə rəsmiləri tərəfindən korrupsiya ittihamları ilə əlaqədar saxlanılıb. Gürcüstanın baş prokuroru İrakli Okruaşvili mobil telefon şirkətinin direktorunun müstəntiqlərin ölkəni tərk etmək haqda tövsiyələrinə diqqət vermədiyinə görə saxlandığını bildirib. Bu arada, prezident Mixail Saakaşvili sabiq prezident Eduard Şevardnadzenin toxunulmazlığının təmin ediləcəyini bəyan edib. Bununla bağlı bəyanatda cənab Saakaşvili deyib ki, Eduard Şevardnadzeni “kürəkənin taleyi gözləmir.” Bəyanatda Gürcüstan hökumətinin parlamentdən sabiq prezidentin toxunulmazlığı haqda qanun layihəsini təsdiq etməsini istəyəcəyi deyilir.