Accessibility links

İranın parlament seçkilərində mühafizəkarlar çoxluq təşkil edir - 2004-02-21


Verilən ilkin məlumatlara əsasən münaqişəli olan İran parlament seçkilərində mühafizəkar namizədlər islahatçılardan irəlidə gedir. 2000-dən çox islahatçının seçkilərdə iştirakı qadağan ediləndən sonra islahatçılar əhalini seçkiləri baykot etməyə çağırmışdı. Birləşmiş Ştatlar rəsmiləri Sərt-Xətt trərəfdarı Nəzarət Şurasının 2400 islahatçı namizədin seçkilərdə iştirakını qadağan etməsini, seçkilərin azad və açıq keçirilməməsini tənqid etmişdir. Bu qadağan nəticəsində dörd il bundan əvvəl keçirilən seçkilərlə islaghatçıların nəzarətinə keçən parlamentdə indi mühafızəkarlar əksəriyyət əldə edəcəklər. Qahirə Universitetinin müəllimi, İran üzrə təhlilçi Amal Hamada deyir ki, hal-hazırda mühafizəkarların qarşısında mühüm məsələlər durur. O deyir: “Mən belə düşünürəm ki, hakimiyyət başında olduqları müddətdə regiondakı sabitlik və nüvə silahı məsələlərində beynəlxalq ictimaiyyəti əmin etmək üçün mühafizəkarların qarşısında böyük məsələlər duracaq.” Bu gün İranın xəbərlər agentliyi seçkilərin nəticələrini yüksək qiymətləndirmiş, mühafızəkar qəzetlər seçkiləri tərifləyən məqalələr dərc etmişdir.

XS
SM
MD
LG