Accessibility links

Ralf Neyder ABŞ prezident seçkilərində namizədliyini irəli sürdü - 2004-02-22


Demokrat namizədlər seçki kampaniyasını davam etdirən zaman 2000-ci ildə seçki prosesinə qoşularaq onun nəticələrinə bir çox müşahidəçinin fikrincə həlledici şəkildə təsir görsətər bilmiş Yaşıllar partiyasının sədri Ralf Neyder Ağ Ev uğrunda mübarizəyə qoşulacağını elan etdi. Yaşıllar partiyasının çox sayda üzvü Ralf Neyderi seçki prosesinə qoşulmamağa çağırır. Partiya üzvləri hesad edir ki, cənab Neyderin seçkiyə qoşulması böyük əhəmiyyət daşımır, başlıca məsələ prezident Buşun hakimiyyətdən getməsidir. Yaşıllar pratiyasının mətbuat katibi Ralf Neyderin qərarını bu gün NBC teleşirkətiin “Mətbuatla görüş” proqramında müsahibə verən zaman edəcəyini bəyan edib. Nümayəndənin dediyinə görə, cənab Neyder artıq bəzi təhlilçilərlə söhbətləri zamanı 2004-cü ildə yenidən prezident seçki kampaniyası aparacı haqda qərar verdiyinə işarə edib. Ralf Neyderin Ağ Ev uğrunda ikinci dəfə mübarizəyə qoşulmasının mübahisələr doğuracağı gözlənilir. Demokrat partiyasının bir çox üzvü Nayderi 2000-ci ildə keçmiş vitse prezident Əl Qorun az fərqlə seçkilərdə məğlubiyyətə uğramasının səbəbkarı hesab edir. Ralf Neyder 2000-ci ildə ölkə üzrə səslərin yalnız 2,7 faizini əldə etmişdi. Lakin demokratların çoxu hesab edir ki, onun Florida və digər ştatlarda kifayət qədər səs əldə edə bilməsi Corc Buşun prezident seçilməsinə kömək etmişdir. Ralf Neyder isə seçkilərdə məğlub olduğuna görə cənab Qorun yalnız özünü günahkar hesab etməli olduğunu dəfələrlə bəyan etmişdi. Demokrat partiyasının milli komitəsinin sədri Terri MakOliffe açıq şəkildə cənab Neyderi prezident seçkilərində namizədləyini irəli sürməməyə çağırıb. Dekabr ayında Ralf Neyder Yaşıllar partiyasından bu il namizədliyini irəli sürməyəcəyini demişdi, bununla belə müstəqil namizəd kimi seçkiyə qoşula biləcəyini istisna etməmişdi. Lakin müstəqil namizəd kimi prezident seçkilərində iştikra etsə, cənab Neyder noyabr ayında seçki günü Amerikanın bütün 50 ştatında səsvermə bülletenlərinə adının vaxtında salınması kimi problemlə qaşılaşa bilər. 2000-ci ildə Ralf Neyderin adı demək olar ki, bütün ştatların seçki bülletenlərinə salınmışdı. 2000-ci ildə Ralf Neyderi dəstəkləyənlərin bir çoxu bu gün onu prezident seçkilərinə qoşulmamağa çağırır. Kolorado ştatında Neyderin tərəfdarı olmuş iki nəfər hətta bunun üçün İnternet saytı da açıblar. Bununla onlar Ralf Neyderin Ağ Ev uğrunda mübarizəyə qoşulmasının qarşısını ala biləcəklərinə ümid bəsləyirlər.

XS
SM
MD
LG