Accessibility links

İsrail ve Fələstin arasinda təhlükesislik seddi barədə mübahisə - 2004-02-23


Haaqadakı beynəlxalq məhkəmdə İsrailin Fələstin ərazilərində inşa etdigi təhlükəsizlik səddinin qanuniliyi məsələsinə dair dinləmələr başlayıb. İsrail bü sədd vasitəsilə ərazisindəki terror hücumlarının qarşısı alınacağını iddia edir. Fələstin tərəfi isə öz ərazilərində qanunsuz tikintidən şikayət edir. Beynəlxalq birlikdə də bu məsələ ətrafında ciddi fikir ayrılığı var. Hətta Haaqa məhkəməsinin bu məsələyə baxmaq səlahiyyətini tanımayan Birləşmiş Ştatlar belə fələstin torpaqlarında sədd tikdiyinə görə İsraili tənqid edir. Məhkəməni boykot edən İsrail öz hüquqi müdafiə sənədlərini məhkəməyə təqdim edib. Bu gün Haaqa məhkəməsində iddiasını təqdim edən Fələstin münmayəndə heyyəıtinin lideri Nasser Əl Kidua isə bu barədə belə deyib: Sədd təhllükəsizlikdən ötrü deyil, işğalı və fələstin torpağının böyük sahələrinin de-fakto zəbt edilməsini bərqərar etmək üçün tikilir.

XS
SM
MD
LG