İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncani mühafizəkar Keyhan qəzetinə müsahibəsində deyib ki, o, Birləşmiş Ştatlarla dialogun yaradılmasına qarşı deyil, amma imam Xomeyni və onun xələfi ali dini rəhbər ayatullah Əli Xamenei bu ideyaya qarşıdırlar. Cənab Rəfsəncani deyib ki, mən onları dəstəkləyirəm və heç nə deyə bilmirəm. O, həmçinin bildirib ki, İraq və Əfqanıstan məsələlərində Tehranla Vaşinqton arasında əlaqələr var. Lakin onların arasında diplomatik sahədə heç bir dəyişikliklər baş verməyib.