Birləşmiş Ştatlarda prezident seçkilərində öz partiyasından namizəd olacaqlarına ümid bəsləyən demokratlar Amerikanın 10 ştatında çərşənbə axşamı ilkin seçkilərdən əvvəl son debatlarını keçirir. Rəy sorğuları super çərşənbə axşamından əvvəl senator Kerrinin Nyu York və Kaliforniya kimi mühüm ştatlar da daxil olmaqla, bütün 10 ştatda irəlidə olduğunu göstərir. Bu ştatlarda mübarizənin gedişi senator Kerrinin partiyadan namizəd irəli sürülməsilə nəticələnə bilər. Con Kerrinin əsas rəqibi senator Con Edvards çərşənbə axşamı günü bir ştatda belə qələbə eldə etməsə, kampaniyasını davam etdərəcəyini bəyan edib. Lakin Demokrat partiyasının liderləri qələbə çalmasa, Con Edvardsın dərhal seçki kampaniyasını dayandırmaq üçün təzyiqlərlə qarşılacağını deyiblər.