Kipr türklərinin lideri Rauf Denktaş BMT-nin Kipr probleminin həlli ilə bağlı planını bir daha tənqid edərək bildirib ki, bu plan türklərin Şimali Kipr üzərində nəzarətinə son qoyacaq. Cənab Denktaş bu gün müxbirlərə deyib ki, BMT-nin baş katibi Kofi Annanın Kipr planı Kipr tükrlərinin məhvinə gətirib çıxaracaq. Bu günkü danışıqlardan sonra Kiprin yunan lideri Tassos Papadopolus müzakirələrin səmərəsiz olduğunu bildirib. O, cənab Denktaşı ittiham edərək qeyd edib ki, Kipr türklərinin lideri sadəcə köhnə tələblərini təkrar edir. Danışıqlar Nikosiyada davam edir.