Accessibility links

Rauf Denktaş BMT-nin Kipr üzrə planına tənqidi yanaşır - 2004-03-03


Kipr türklərinin lideri Rauf Denktaş bölünmüş adanın probleminin həllilə bağlı BMT-nin planına dəyişikliklər edilməsə, öz icmasına bu planı qəbul etməməyi tövsiyə edəcəyini bildirib. Cənab Denktaşın dediyinə görə, hazırkı planı qəbul etmək Kiprin türk icmasının dağılması demək olacaq. Rauf Denktaşın bu açıqlamaları yunan tərəfin danışıqların Kiprin Avropa Birliyinə olacağı tarixdən, yəni mayın birinə qədər qoyulmuş möhlətdən kənara çıxa bilməsi haqda dediklərilə eyni vaxta təsadüf edir. Rauf Denktaş və Kiprin yunan prezidenti Tassos Papadopolus fevralın 19-da BMT-nin vasitəçiliyilə danışıqların yeni dövrünün başladığı vaxtdan demək olar ki, hər gün görüş keçirirlər. Tassos Papadopulos danışıqların səmərəsiz olduğunu deyib.

XS
SM
MD
LG