Accessibility links

Senator Kerri 10 ştatda ilkin seçkilərdə qələbə çaldı - 2004-03-03


Massaçusets ştatından senator Con Kerri 10 ştatda keçirilən ilkin seçkilərin qalibi oldu. Kerrinin qələbəsi noyabr ayında prezident seçkilərində prezident Buşla mübarizədə onun partiyadan rəsmən namizəd irəsli sürülməsini təmin etmiş olur. Nyu Yorkdan tutmuş Kaliforniyaya, Ohayodan Corciya qədər senator Kerri demokratların on ştatda keçirilmiş seçkilərində qətiyyətlə qələbə çaldı. Şimali Karolina ştatından senator Con Edvars super çərşənbə axşamı heç bir ştatda qələbə əldə edə bilmədi. Amerikanın xəbər agetnlikləri senator Edvardsın prezident seçki kampaniyasından çıxmaq qərarına gəldiyini və təmsil etdiyi Şimali Karolina ştatında bununla bağlı qərarını rəsmən elan edəcəyini bildiir.

Vaşinqtonda seçicilərlə görüşən Con Kerri onlara müraciət edərək dedi. “Mən mübarizəm və 30 ildən artıqdır döyüş meydanında, ədalət və Ameirka dəyərləri uğrunda ön cəbhədə mübarizə aparıram. Mən söz verirəm ki, 2004-cü ildə biz ölkəmizdə nələrin baş verdiyi haqda həqiqətləri söyləyəcəyik və mübarizə aparacayıq, biz Amerikaya onun gələcəyi və ümidlərini geri qaytarmaq üçün mübazirə aparacayıq.” Senator Edvars Atlantada seçicilərlə görüşündə seçki kampaniyasından çıxacağını rəsmən elan etmək haqda planlarını ictimiayyətə açılamasa da, son altı həftə onu dsətəkləyən demokratlara təşəkkürünü elan etdi. “Bizim kampaniya heç bir zaman inamsızlıq əsasında qurulmamışdı. Onun əsasını ümid təşkil edirdi. Bu kampaniya nəyin mümkün ola biləcəyinə əsaslanırdı. Mən fəxr edirəm ki, siz və mən birlikdə bərabərlik, vətəndaş hüquqları, yoxsulluq kimi, amerikalıları çox düşündürən məsələləri bir daha Amerika seçki kampaniyasının debatlarına çıxara bildik. Mən sizin və mənim birlikdə gördüyümüz işlərə görə fəxr edirəm.” Demokratların ilkin seçkiləri zamanı sürpizlər də oldu. Vermont ştatının keçmiş qubernatoru Hovard Din senator Kerrini ötərək bu ştatda qələbə çaldı. Onun qələbəsi simvolik məna daşıyır, çünki o, seçki marafonunu iki həftə bundan əvvəl bitirib. Prezident Buş senator Con Kerriyə zəng edərək onu Super çərşənbə axşamı qəti qələbə əldə etməsi münasibətilə təbrik etdi. Telefon söhbəti zamanı Corc Buş noyabr ayında prezident seçkilərində Con Kerri ilə gərgin mübarizə aparacağını gözlədiyini demişdir.

XS
SM
MD
LG