Accessibility links

Azərbaycan və Gürcüstan prezidentləri arasinda görüş - 2004-03-05


Azərbaycan və Gürcüstan prezidentləri arasında "etibarlı" münasibətlər yaranıbp. Bu barədə bu gün Azərbaycanın dövlət başçısı İlham Əliyev Gürcüstan prezidenti Mixail Saakaşvili ilə bugünkü danışıqların yekunlarına əsasən bildirib. Birgə mətbuat konfransında İlham Əliyev deyib ki, prezidentlər iki ölkə arasındamünasibətləri "hərtərəfli təhlil" edib və regional xarakterli məsələləri müzakirə edib. Əliyev qeyd edib ki, "Azərbaycan və Gürcüstan strateji tərəfdaş, xeyirxah qonşu, qardaş ölkələrdir". Öz növbəsində Saakaşvili Əliyevlə münasibətlərini "qardaş" adlandırıb.Danışıqlar zamanı inteqrasiya, vahid tarif siyasətinin həyata keçirilməsi, vergi sisteminin sinxronlaşdırılması, gömrük maneələrinin aradan qaldırılması vəbaşqa məsələlərdə baxışların üst-üstə düşdüyü məlum olub. Saakaşvili deyib ki, iki dövlət ümumi bazar yarada bilər ki, gələcəkdə də bu, Avropa birliyinin tərkib hissəsi kimi Cənubi Qafqaz ümumi bazarına çevrilə bilər. Saakaşviliyə görə, xarici siyasət, əsasən ABŞ, Avropa İttifaqı, Rusiya vəTürkiyə ilə tərəfdaşlıq münasibətlərinin inkişafı məsələlərilə bağlı tərəflərin mövqeyi üst-üstə düşür.

XS
SM
MD
LG