Accessibility links

Haitidə şənliklər keçirilir - 2004-03-07


Haiti prezidenti Jan Bernard Aristidin ölkəni məcburi şəkildə tərk etməsi bu gün minlərlə hairilinin şənlikləri ilə qeyd edilib. Fransa və Amerikanın sülhməramlı əsgərləri tərəfindən mühafizə edilən kütlə keçmiş prezidentin korrupsiya və insan hüuquları normalarını pozduğuna görə məculiyyətə cəlb edilməli olduğunu bildirib. Ölkə paytaxtının başqa bir yerində isə Aristidin tərəfdarları prezidentin geri dönməsi çağırışı ilə nümayiş keçirmişlər. Bu gün Mərkəzi Afrika Respublikası günün sonunda mühüm bir açılama verəcəyini bildirib. Qeyd edək ki, Haiti prezidenti ölkəni tərk etdiyi bir həftədən bəri Mərkəzi Afrika Respublikasındadır.

XS
SM
MD
LG