Accessibility links

ABŞ İraqa müstəntiq heyəti göndərir - 2004-03-07


Birləşmiş Ştatların Ədliyyə Nazirliyi Səddam Hüseynin müharibə cinayətləri ilə bağlı istintaq aparılması üçün Bağdada 50 nəfərdən ibarət müstəntiq heyəti göndərir. Nazirliyin nümayəndəsinin bildirdiyinə görə heyət məhkəmə prosesinə başçılıq deyil, yalnız məsləhətçilik üçün Bağdada göndərilir. Məhkəmənin isə iraqlılar tərəfindən aparılacağı qeyd edilir. İraq liderinə qarşı hansı ittihamlar irəli sürüləcəyi hələ bəlli deyil. Lakin insan hüquqları təşkilatları Səddam Hüseynin 1988-ci ildə Anfal kampaniyası zamanı minlərlə iraq kürdünün, 1991-ci ildə isə minlərlə şiə müsəlmanın qətlinin məsuliyyətini daşıdığını bildirilər.

XS
SM
MD
LG