Accessibility links

Şimali Koreya ABŞ-ı tənqid edib - 2004-03-09


Şimali Koreyanın rəsmi mətbuatında Birləşmiş Ştatlar və Cənubi Koreyanın bu ayın axırında keçirəcəkləri birgə hərbi təlimləri tənqid edilib. Şimali Koreyanın Kommunist Partiyasının orqanı “Roqonq Sinmun” qəzetinin yazdığına görə ABŞ danışıqlar pərdəsi arxasında Pxenyana qarşı müharibə planlaşdırır. Şimali Koreya mətbuatı yazır ki, əgər Birləşmiş Ştatlar həqiqiətən də nüvə böhranının həllinə çalışırsa, hərbi şantajına son qoymalıdır. Bu gün Amerika və Cənubi Koreyanın hərbi nümayəndələri mart ayının 22-də bir həftəlik hərbi təlim planını açılamışlar. ABŞ-ın Koreyadakı hərbi qüvvələrinin bildirdiyinə görə müdafiə xaraterli təlimlərdə Amerikanın Cənubi Koreyadakı hərbi qüvvləri ilə bərabər Asiya-Sakit okeanı hövzəsindəki 5 min əsgərdən ibarət hərbi kontinqet iştirak də edəcək. Bu açıqlama ABŞ, iki Koreya, Çin, Yaponiya və Rusiyanın həssas diplomatik səyləri ilə eyni vaxta təsadüf edir. 6 tərəfli müzakirələr Şimali Koreyanın nüvə proqramını dayandırılmasına yönəlib. Birləşmiş Ştatlara Şimali Koreyaya qarşı hücum etmək niyyəti olmadığını, amma eyni zamanda Pxenyana nüvə fəaliyyətlərini bütövlüklə dayandırdığını sübut edənə qədər heç bir güzəştlərə getməyəcəyini bildirir.

XS
SM
MD
LG