Accessibility links

Israil və Fələstinin baş nazirləri görüşə hazırlaşır - 2004-03-10


İsrailin baş naziri Ariyel Şaron və onun fələstinli həmkarı Əhməd Qureya ilk görüşlərinin gələn həftə keçirilməsi ilə bağlı razılıq əldə ediblər. İsrail və Fəlsətin nümayəndələrinin bildirdiyinə görə tərəflər arasında bu sammit gələn çərşənbə axşamı keçirilə bilər. Lakin onlar təfərrüatlar üzərində hələ iş aparıldığını bildiriblər. Bu, oktyabr ayı cənab Qureyanın Fələstinin baş naziri təyin edilməsindən bəri ilk görüş olacaq. Bütün bunlarla yanaşı bu gün İordan çayının qərb sahilində İsrailin işğalı altında olan ərazilərdə İsrail qüvvələri tərəfindən 5 islam yaraqlısı qətlə yetirilib.

XS
SM
MD
LG