Accessibility links

BMT-nin nüvə agentliyi İranın nüvə proqramı ilə bağlı müzakirələri davam etdirir  - 2004-03-11


Beynəlxalq Atom Enerjisi agetnliyinin diplomatları İranın nüvə fəaliyyətləri bağlı qərarın mətnini müzakirə etməyə davam edirlər. Çərşənbə axşamı Birləşmiş Ştatlar və Avropa ölkələri Kanada və Avstraliya tərəfindən təqdim olunmuş layihənin mətni ilə razı olduqlarını bildirmişdilər. Lakin Beynəlxalq Atom Enerjisi agentliyinin 35 ölkənin təmsil olunduğu heyəti layihədə problemlərin qaldığını hesab edir. Heyətin bu günə təyin olunmuş iclası qapalı müzakirələrin davam etdirilməsinə imkan yaradılması üçün təxirə salınıb. Layihə ilə bağlı səsvermənin gələn bir neçə gün ərzində keçiriləcəyi gözlənilir.

XS
SM
MD
LG