Accessibility links

BMT ekspertlərinin İrana səfəri təxirə salındı - 2004-03-12


İran BMT-nin nüvə agentliyi ölkənin nüvə fəaliyyətlərilə bağlı qətnamənin mətni üzərində işi davam etdirdiyi zaman ekspertlərin ölkəyə əvvəlcədən müəyyən olmuş səfərini təxirə salıb. Beynəlxalq Atom Enerjisi agentliyində İranın nümayəndəsi Piruz Hüseyni Tehranın bu addımını İranda yeni ilin gəlişi kimi qeyd olunan Novruz bayramı ilə əlaqələndirib. Bu arada, agentliyin 35 ölkənin nümayəndəsinin təmsil olunduğu heyəti İranın nüvə fəaliyyətlərilə bağlı qətnamə ilə əlaqədar problemli məsələlərin həllinə çalışır.

XS
SM
MD
LG