İsrailin Aşdod liman şəhərində terror bomba hücumları nəticəsində 11 adam həlak olub, 10 adam yaralanıb. Rəsmi nümayəndələr ölənlərin ikisinin intiharçı olduğunu bildirirlər. Həmas və Əl-Əqsa şəhidlər briqadası hücumların məsuliyyətini öz üzərinə götürüb. Bomba hücumları 2000-ci ildə Fələstin hərəkatının başlamasından sonra intiharçıların İsrailin strateji obyektlərini nişan almağa başladığını göstərir. Hadisədən bir neçə saat sonra İsrail hökuməti baş nazir Ariyel Şaron və onun fələstinli həmkarı Əhməd Quria arasında şərşənbə axşamına təyin olunmuş görüşün qeyri-müəyyən müddətə təxirə salındığını bildirib. İsrail və Fələstin rəsmiləri Birləşmiş Ştatların dəstəklədiyi sülh planını müzakirə etməli idilər.