Accessibility links

Bağdadda dörd Amerika əsgəri qətlə yetirilib - 2004-03-14


Birləşmiş Ştatların hərbi şəxsləri bildirirlər ki, Bağdadda yolun kənara qoyulmuş ayrı-ayrılıqda iki bomba bartlayışında dörd Amerika əsgəri həlak olub. Partlayışlar bu gün səhər və dünən axşam baş verib. Bu arada, İraq müharibəsinin birinci ildönümü yaxınlaşdığı vaxt Buş administrasiyası İraqın keçmiş lideri Səddam Hüseynin hakimiyyətdən salınması ilə nəticələnmiş müharibəyə başlamaq qərarını müdafiə edir. Dövlət katibi Kolin Pauel Foks televiziyasına müsahibəsində bildirirb ki, İraqda kütləvi qırğın silahlarının aşkar edilməməsi, Amerikanın müharibəyə başalmaq qərarına kölgə salmamalıdır. Onun sözlərinə görə Amerikanın müdaxiləsi diktatorun hakimiyyətdən kənarlaşdırılmasına gətirib çıxarmış, İraqda bir daha qanunsuz silahların olmaması üçün zəmin yaratmışdır.

XS
SM
MD
LG