Accessibility links

İrlandiya mənşəli amerikalıların milli bayramı - 2004-03-14


Bu həftə İrlandiya mənşəli amerikalılar Müqəddəs Patrik bayramını qeyd edirlər. Bu, Birləşmiş Ştatlarda rəsmi bayram olmasa da, minlərlə adam Amerikanın bir çox şəhərində keçirilən festivallarda iştirak edir. Müqəddəs Patrik bayramını Amerikaya mühacirət etmiş irlandlar ilk dəfə 250 il bundan əvvəl qeyd etməyə başlamışlar. O zaman protestant amerikalılar katolik irlandlara yaxşı münasibət bəsləmirdi. Lakin irlandiyalılar öz milli bayramlarını qeyd etməyə davam etmişlər. Bu gün statistikaya əsasən, amerikalıların 12 faizi İrlandiya mənşəlidir. Onların çoxu ölkənin şərq hissələrində əsas etibarilə Massaçusets ştatında yaşayır. Müqəddəs Patrik gününün əsas rəmzi yaşıl rəngdir. Adında “Sant”, yəni “müqəddəs” sözünün işlənməsinə baxmayraq, bayramın dinlə deyil, yazın gəlişilə ələqədar olduğu deylir. Bu gün geyimdə mütləq yaşıl rəngli bir element olmalıdır. İrlandlar bayram günü hətta pivəyə də yaşıl rəng əlavə edirlər. Çikaqoda isə hətta bu münasibətlə yaşıl rəngli pivə buraxılır. Bəzi şəhərlərdə böyük paradlar keçirilir. İrlandiyalıların ən böyük paradı adətən, Nyu Yorkda olur. Bu bayram mərasimlərinə mənşəcə irlandiyalı olmayan amerikalılar da qoşulur. Bu, irlandlarla bir həmrəylik rəmzidir. Müqəddəs Patrik günü bəzi amerikalılar bir günlük olsa da, irlandiyalı olmaq istəyir.

XS
SM
MD
LG