Accessibility links

İraqda 11 adam silahlı basqının qurbanı olub - 2004-03-16


Son 24 saat ərzində İraqda Amerika və avropalı mülki şəxslərə və ABŞ-ın başçılıq etdiyi koalisiya ilə əməkdaşlıq edən iraqlılara qarşı silahlı basqın nəticəsində 11 nəfər həlak olub. Hücumların üçü şimaldakı Mosul şəhərində baş verib. Rəsmi şəxslər azı iki iraqlı polis əməkdaşının qətlə yetirildiyini xəbər verir. Bazar ertəsi Mosul şəhərində buna oxşar basqın zamanı Xristian yardım təşkilatından dörd Amerika vətəndaşı qətlə yetirilmişdi. İraqın mərkəzində isə iki avropalı su mühəndisi, bir alman və bir holland vətəndaşı öldürülüb. Bu arada isə Qərb media təşkilatları İraqda keçirdikləri rəy sorğusunun nəticələrini açıqlayıblar. Sorğuda iştirak edən iraqlıların 56 faizi müharibədən qabaqla müqayisədə bu gün daha yaxşı yaşadıqlarını bildiriblər. Lakin onların 85 faizi təhlükəsizliklə bağlı vəziyyətdən hələ də narahatdırlar.İraqlıların yalnız 15 faizi koalisiya qüvvələrinin dərhal İraqdan çıxarılmasını istəyir.

XS
SM
MD
LG