Accessibility links

Qəzza İsrailin hücumlarına məruz qalıb - 2004-03-16


İsrailin təhlükəsizlik kabineti Fələstin ərazilərinə yeni reydlərə icazə verdikdən cəmi bir neçə saat sonra İsrailin hərbi vertolyotları Qəzza şəhərindəki obyektlərə raket hücumu ediblər. Şahidlərin bildirdiyinə görə, hücum nəticəsində iki nəfər həlak olub, bir neçə adam yaralanıb. İsrail ordusu hücumla bağlı hələlik açıqlama verməyib. İsrailin təhlükəsizlik kabineti bazar günü liman şəhərində 10 nəfərin ölümü ilə nəticələnmiş intihar hücumlarına cavab olaraq bugünkü hərbi reydləri təsdiq etmişdir.

XS
SM
MD
LG