Accessibility links

Əfqanıstan seçkiləri gecikdirilə bilər - 2004-03-17


Əfqan prezidenti Həmid Karzainin bildirdiyinə görə iyun ayına planlaşdırılan milli seçkilər bir neçə ay gecikdirilə bilər. Prezident bunu təhlükəszlik və seçicilərin qeydiyyatdan keçirilməsi prosesinin yavaş getməsi ilə izah edib. Bu gün Kabildə çıxış edən prezident Karzai bildirib ki, seçkilərin vaxtının müəyyən edilməsi BMT-nin sponsorluq etdiyi qeydiyyat proqramından asılı olacaq. İndiyədək Əfqanıstanın 10.5 milyon seçicisinin yalnız 1.4 milyonu qeydiyyatdan keçib.

XS
SM
MD
LG