Accessibility links

Pakistanın təhlükəsizlik qüvvələri terrorçulara qarşı əməliyyatları gücləndirib - 2004-03-17


Pakistanın təhlükəsizlik qüvvələri ilə terrorçu olmalarından şübhələnilən yaraqlılar arasında baş verən vuruşmalar nəticəsində azı 40 nəfər həlak olub. Vuruşmalar Pakistanla Əfqanıstanın sərhəd məntəqəsində yerləşən Vəziristanın cənubunda baş verib. Pakistanın təhlükəsizlik qüvvələri bu bölgədəki əcnəbi yaraqlılara qarşı hərbi əməliyyatları gücləndiriblər. Rəsmi şəxslərin bildirdiyinə görə əməliyyatın əsas hədəfi Əl Qaidə terror şəbəkəsidir. Əl Qaidə terrorçularına qarşı həyata keçirilən bu son əməliyyat Əfqanıstan sərhəddinin bir neçə kilometrliyindəki Vana kəndinin ətrafında baş verib. Pakistanın yarıhərbi qüvvələri Vana kəndinin ətraf bölgələrini mühasirəyə almışlar. Vəziristan əyaləti valisinin müşaviri Şəfiq Üz-Zaman bildirib ki, terrorçular yarıhərbi qüvvələri pulimyot və ağır silahlarla atəşə tutmuşlar. Nəticədə yarıhərbi qüvvələrin 15 əsgəri həlak olmuş, 22 əsgəri yaralanmış, 15 nəfəri isə itgin düşmüşdür. Ehtimala görə terrorçular onları girov götürmüşlər. Əməliyyatda 24 əncnəbi və yerli yaraqlı öldürülmüşdür. Pakistan rəsmilərinin bildirdiyinə görə 22 terrorçu həbs edilmişdir.

XS
SM
MD
LG