Pakistanın bir yüksək vəzifəli rəsmi şəxsi , ölkəsinin hərbi qüvvələri tərəfindən Pakistanın sərhəd məntəqəsinin yaxınlığındakı Vəziristan əyalətində Üsama Bin Ladenin yaxın silahdaşı Əyman Əl- Zəvahirinin mühasirəyə alındığına inandığını bildir. Pakistan prezidenti Pərviz Müşərrəf C-N-N Televiziyası şirkətinə verdiyi müsahibəsində deyib ki, yaraqlılar Pakistan ordusuna şiddətli müqavimət göstərdiklərinə görə, orada Əl-Qaydanın yüksək vəzifəli rəsmi şəxslərinin olduğunu nümayiş etdirir. Birləşmiş Ştatların Dövlət Departamentinin rəsmiləri hələlik bu barədə məlumat verməyiblər.